Karyera

BOKT “Effektinvest” MMC-nin rəhbərliyinin  əsas məqsədi daimi və davamlı inkişafı təmin etməkdir. Buna görə də hədəflərimizə nail olmaq üçün enerjili və potensiallı kadrları komandamıza cəlb etmək, onları peşə təlimləri ilə inkişaf etdirmək, şirkət mühitimizə uyğunlaşdırmaq insan resursları siyasətimizin başlıca istiqamətidir.
Rəhbərlik  maliyyə xidmətləri sahəsində rəqabətədavamlı, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir


Müştəri xidməti şöbəsinin mütəxəssisi


Namizədə qarşı tələblər:

Ali təhsil ;

İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi( arzuolunandır)

MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili bilənlərə üstünlük verilir, İngilis dili biliyi arzuolunandır;

Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

•      Müştərilərlə işləmək qabiliyyəti, kommunikasiya və insanları inandırma qabiliyyəti;

Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək

•      İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq(arzu olunandı)       

Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;


Ümumi vəzifə öhdəlikləri:

Mühasibat sənədlərinin sistemə işlənməsi ;

Gündəlik və aylıq balansların tərtib edilməsi ; 

Daxil olan vəsaitlərin müştərilərin hesablarına işlənməsi ;

Kassa sənədlərinin və gündəlik sənədlərin çeşidlənməsi,qovluqlara yerləşdirilməsi ;

Kargüzarlıq işlərinin aparılması;

Daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@effektinvest.az elektron poçt hesabımıza göndərə bilərlər.

Karyeranıza Bizimlə davam edin

Əlaqə