Strategiyamız
BOKT-un inkişaf strategiyası kiçik və orta biznesin inkişaf etmə maraqlarına xidmət etməyə yönəlib. BOKT hər bir müştəriyə fərdi yanaşma prinsipini tətbiq etməklə, müştərilər ilə qarşılıqlı fəaliyyətdə fərdi yanaşmanı inkişaf etdirərək strateji tərəfdaşlıqlarını artırır. İnkişaf etdiyi illər ərzində BOKT maliyyə göstəricilərində sabit artımı təmin etmək, müştərilər və biznes tərəfdaşları arasında sabit işgüzar nüfuz yaratmaq, maliyyə bazarında rəqabət qabiliyyətini gücləndirmək üçün iqtisadi və idarəetmə potensialından uğurla istifadə edir.